CBC TV-nin avtomobili aşdı

24 Fevral 2021 16:56 (UTC+04:00)

"CBC" TV-nin çəkiliş qrupu yol qəzasına düşüb.

Hadisə Tərtər-Bərdə yolu istiqamətində baş verib.

Qəzaya ölkə ərazisində hökm sürən qarlı və şaxtalı hava şəraiti nəticəsində yolların buz bağlaması səbəb olub.

Avtoqəzada xəsarət alan olmasa da, avtomobilin özünə ciddi ziyan dəyib.

Telekanalın rəhbərliyi hadisədən sonra yerli icra orqanlarıyla əlaqə saxlayıb, avtoqəzanın fəsadlarının aradan qaldırılması istiqamətində bütün operativ addımlar atılıb./Report