Polislərdən hümanist addım - Foto

24 Fevral 2021 19:48 (UTC+04:00)

Hava şəraitinin kəskin dəyişəcəyi ilə müvafiq dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciət etmələrinə baxmayaraq, bu gün həmin xəbərdarlığa məhəl qoymadan yollara çıxan sürücü və piyadalara rast gəlinib.

DİN Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müşahidə olunan hava şəraitində vətəndaşların rahat hərəkətini təmin etmək, eləcə də köməyə ehtiyacı olan, çarəsiz vəziyyətdə qalanların imdadına çatmaq üçün polis həmişə olduğu kimi yenə də iş başında olub.

"Yollarda qalan sürücü və piyadaların köməyinə ilk çatan da məhz qarlı havada xidmət aparan polis əməkdaşları oldu. Onların fədakar xidməti sayəsində paytaxt Bakı ilə yanaşı, Sumqayıt şəhəri və Abşeron rayonunda yüzlərlə sürücü və piyadanın mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edildi", - DİN-in məlumatında qeyd edilir.