Gürcüstanin işğalından 100 il ötür - Bayraqlar endirildi

25 Fevral 2021 08:45 (UTC+04:00)

Bu gün Gürcüstanda sovet işğalının 100-cü ildönümü tamam olur.

Teleqraf.com xəbər verir ki, bununla bağlı hökumət administrasiyası, parlament və ölkə üzrə bütün dövlət qurumlarının binalarında bayraqlar endirilib.

Qeyd edək ki, 1921-ci il fevralın 25-də Qırmızı ordu Tbilisiyə daxil olub və Gürcüstan Demokratik Respublikasını devirib.

Gürcüstan parlamentinin 21 iyul 2010-cu il tarixli qərarı ilə fevralın 25-i ölkədə Sovet işğalı günü elan olunub.