PKK xüsusi briqada yaratdı: 13-17 yaşlı qızları... – Qorxunc faktlar

25 Fevral 2021 13:00 (UTC+04:00)

Türkiyədə militan toplama kanalları bağlanan PKK terror təşkilatı Suriyada 13-17 yaşlı qızları oğurlayaraq sıralarına qatır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, qaçırılan uşaqlara PKK terrorçuları tərfindən təlimlər verilir, Qəndil və Suriyadakı düşərgələrə göndərilir.

Son olaraq Hasekenin Təl-Həcər kəndindən 13 yaşlı Ariana Bəhrini evlərinin önündən oğurlayan terror təşkilatı bu olaydan sonra Ayn əl-Ərəb kəndindən 16 yaşlı Silva Cəlal Mixo adlı azyaşlı qızı zorla ailəsindən alıb.

İnsan haqları müdafiəçisi Nur əl-Xatib PKK-nın son aylarda Suriyada 650 azyaşlı uşağı oğurlayaraq Qəndilə göndərdiyini açıqlayıb. Onun sözlərinə görə, bu uşaqlardan 29-u həyatını itirib.

Əl-Xatib terror təşkilatının azyaşlı qızları öz sıralarına cəlb etmək üçün xüsusi briqada qurduğunu iddia edib. O, təqib və oğurlama işini “Civannan Surəşkər” adlı briqadanın həyata keçirdiyini söyləyib.