Yunan nazirdən skandal Türkiyə çağırışı: “Əvvəlki statusuna qayıtsın”

25 Fevral 2021 11:51 (UTC+04:00)

Yunanıstan Xarici işlər naziri Nikos Dendias İstanbuldakı Ayasofya Məscidinə yenidən muzey statusunun verilməli olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, o bu barədə BMT-nin İnsan Haqları Şurasının onlayn keçirilən iclasında deyib.

Dendias abidənin statusunu dəyişdirmək üçün əlaqədar icmaların razılığını almaq, əvvəlcədən BMT və YUNESKO da daxil olmaqla müvafiq beynəlxalq qurumları məlumatlandırmağın lazım olduğunu söyləyib:

“Ayasofya abidəsi məscidə çevrildi. Bu, mədəni irsə hörmət anlayışına ziddir. Digər beynəlxalq təşkilatlar və qurumlarla birlikdə bu abidənin köhnə statusunun bərpa olunmasını tələb edirik”.