Azərbaycan-Türkiyə sərhədində sürpriz yenilik – Foto

25 Fevral 2021 11:09 (UTC+04:00)

Türkiyə-Azərbaycan sərhəddində Bayraq Abidəsi qoyulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.

Abidənin İqdır şəhərinin Naxçıvanla sərhəddə yerləşən Dilucu ərazisindən keçən magistral yolun kənarında qoyulduğu bildirilib.

Bayraq Abidəsinin yerli Jandarma Komandanlığı tərəfindən qoyulduğu deyilib.

Abidənin üstünə Türkiyə və Azərbaycan bayraqları asılıb, “Biz bir millət, iki dövlətik”qeydi yazılıb.