Güney Azərbaycanda silahlı qarşıdurma – Kəşfiyyat hərəkətə keçdi

25 Fevral 2021 15:33 (UTC+04:00)

Güney Azərbaycanın İraqla sərhəddə yerləşən Piranşəhr şəhərində baş verən atışmada silahlı qruplaşmanın iki üzvü öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilib ki, hücuma hazırlaşan silahlı qruplaşmanın iki üzvü ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. Şimali İraq Kürd Muxtariyyətində yerləşən bir qruplaşmanın iki üzvü öldürülüb.

Qarşıdurmadan sonra qruplaşmaya məxsus silah-sursat ələ keçirilib.

Açıqlamada qruplaşmanın adı çəkilməyib.