İrəvanda sensasion gəlişmə: Ordu Paşinyanı istefaya çağırdı

25 Fevral 2021 12:23 (UTC+04:00)

Ermənistanda qiyama hazırlıq gedir.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə “Röyter” agentliyi çıxış edib.

Agentlik Ermənistan Silahlı Qüvvələrinin Baş nazir Nikol Paşinyana qarşı çıxdığını yazıb.

Mənbənin iddiasına görə, Silahlı Qüvvələr Paşinyan və komandasını istefaya çağırıb.

Məlumatda bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının 40 yüksək rütbəli zabiti Paşinyanın istefasını tələb edən bəyanata imza atıb.