"Liverpul"un qapıçısının ailəsində - Faciə

25 Fevral 2021 15:45 (UTC+04:00)

"Liverpul"un braziliyalı qapıçısı Alison Bekkerin babası faciəli şəkildə dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, Alison Bekkerin 57 yaşlı babası Jozef Bekker bağ evinin yaxınlığında yerləşən su anbarında boğulub.

Onun cansız bədəni ailəsinə təqdim edilib.