Flora Kərimova İlhamə haqda: "Gözəl ifaçıdır, nə etmək olar?.."

25 Fevral 2021 16:56 (UTC+04:00)

Bu gün xalq artisti İlhamə Quliyevanın ölümündən 5 il ötür.

Teleqraf.com xəbər verir ki, İlhamə Quliyeva ilə uzun illər küsülü olan xalq artisti Flora Kərimova "Elgizlə izlə" verilişinə telefonla bağlanaraq mərhum haqqında danışıb: "Elgiz, siz həmişə ona sevgi ilə yanaşmısınız, hətta onun titullarını almağına kömək etmisiniz. Bilirəm ki, sənəti sevən və obyektiv insansınız. İlhamə Quliyeva gözəl ifaçıdır, nə demək olar?!

Onun həyatı, xasiyyəti, olar-olmazları gözümün qabağına gəldi. Düzü, kövrəldim. Onun nələr çəkdiyini insan bilmir. Allah o dünyasını versin".

Qeyd edək ki, İlhamə Quliyeva 2016-cı ildə tromboemboliyadan vəfat edib.