Çavuşoğludan Ermənistan açıqlaması: “Bunu qəbul etmirik”

25 Fevral 2021 15:35 (UTC+04:00)

“Ermənistandakı hakimiyyət çevrilişini şiddətlə qınayırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz dünyanın harasında olur-olsun, dövlət çevrilişi və ya çevrilişə cəhdlərə qətiyyətlə qarşıyıq. Ermənistandakı dövlət çevrilişinə cəhdi də şiddətlə qınayırıq. Daha dəqiq məlumat əldə etməyə çalışırıq. Türkiyənin mövqeyi prinsipialdır, harada olur-olsun qiyamı qəbul etmirik”, - nazir bildirib.