Su-30-lar havaya qaldırıldı – Ordu Paşinyanın getməsində israrlıdır

25 Fevral 2021 16:24 (UTC+04:00)

İrəvan səmasında Su-30 çoxfunksiyalı qırıcı təyyarələri peyda olub.

Teleqraf.com xəbər verir ki, onlar paytaxtda iqtidar və müxalifət tərəfdarlarının mitinqinin keçirildiyi ərazi üzərində dövrə vurublar.

Qırıcı təyyarələr səmada bir neçə hərəkət yerinə yetiriblər.

Qeyd edək ki, dörd ədəd Su-30 qırıcı təyyarəsi Ermənistan tərəfindən Rusiyadan alınıb. Onlar Ermənistana 2019-cu ilin dekabr ayının sonunda gətiriliblər.

”Sputnik Ermənistan” bildirir ki, həmin təyyarələr bu yaxınlarda İrəvan yaxınlığındakı “Erebuni” Rusiya aviabazasına təslim edilib. Burada 8 ədəd MiQ-29 təyyarəsi var. Agenlik təyyarələrin İrəvan göylərinə nə məqsədlə qaldırıldığını öyrənə bilməyib.