Ərdoğanın sözçüsü: "Ermənistanda dövlət çevrilişi cəhdini qınayırıq"

25 Fevral 2021 20:37 (UTC+04:00)

"Ermənistandakı dövlət çevrilişi cəhdini qınayırıq. Dövlət çevrilişləri hər zaman demokratik prosesləri zədələyir və xaosa səbəb olur".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.

"Ermənistanda vəziyyətin tezliklə normalaşmasını arzulayırıq", - o vurğulayıb.