ABŞ-da son sutkada 74 mindən çox yoluxma qeydə alındı

25 Fevral 2021 22:44 (UTC+04:00)

ABŞ-da son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 74 502 yoluxma halı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində koronavirusdan 3 230 ölüm halı baş verib.

ABŞ-da indiyədək 28 336 782 nəfər koronavirusa yoluxub, COVID-19 diaqnozu qoyulmuş 505 945 xəstə ölüb.