Ermənistan MN məlumat yaydı: "Naxçıvanla sərhəddə..."

26 Fevral 2021 10:45 (UTC+04:00)

Ermənistan mediasında Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanla sərhəddə hərəkətliliyindən bəhs edən iddialar dərc olunub. Həmin iddiaların heç bir əsası yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb.

Bir sıra KİV və bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən yayılan informasyanı yalan sayan Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, bu məlumat doğru deyil: “Hər kəsi dezinformasiya yaymaqdan çəkinməyə çağırırıq”.