"Silahların alınmasına onlar qərar verib, hökümət isə... - Paşinyan açıqladı

26 Fevral 2021 13:08 (UTC+04:00)

2020-ci ilin dövlət büdcəsindən Müdafiə Nazirliyinə 307 milyard dram ayrılıb. Bu da 2018-ci illə müqayisədə 28 faiz və ya 66 milyard dram, 2017-ci illə müqayisədə isə 4,5 faiz çox olub.

Teleqraf.com xəbər verir ki, bu sözləri hərbi çevriliş təhlükəsi ilə üzləşən Ermənistanın Baş naziri Nikol Paşinyan özünün Feysbuk hesabında yazıb.

Nikol Paşinyan əlavə edib ki, 2018-ci ilin mayından bu yana Ermənistan misli görünməmiş miqdarda silah və sursat əldə edb.

Onun sözlərinə görə, Silahlı Qüvvələr hava hücumundan müdafiə sistemləri, artilleriya və zenit raket sistemləri, atıcı silahlar, döyüş sursatları əldə edib:

“Yeri gəlmişkən, Müdafiə Nazirliyi və Baş Qərargah nəyi almaq lazım olduğuna özü qərarı verib, hökumət isə lazım olan məbləği ayırıb”.