Qubada oğurluq avtomobillə qəza törədildi

26 Fevral 2021 11:50 (UTC+04:00)

Quba rayonunda oğurluq avtomobillə qəza olub.

Teleqraf.com xəbər verir ki, Quba rayon polis şöbəsinə fevralın 16-da saat 16 radələrində Aşağı Atuc kəndi ərazisindən şəhər sakini S.Dadaşovun “VAZ-2107” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Qusar rayon sakini, əvvəllər məhkum olunmuş R.Mirzəliyev tərəfindən qaçırılması və saat 17 radələrində Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilib.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən R.Mirzəliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.