Məşhurlar Xocalı soyqırımı haqqında: “İntiqam alındı”

26 Fevral 2021 14:22 (UTC+04:00)

Bu gün Xocalı soyqırımından 29 il ötür.

Teleqraf.com xəbər verir ki, məşhurlar sosial şəbəkədə paylaşım ediblər.

Xalq artisti Aygün Kazımova: “Allah bacı və qardaşlarımıza rəhmət eləsin! Məkanları cənnət olsun”.

Xalq artisti Röya Ayxan: “Düz 29 il əvvəl, bu tarixdə, 25-26 fevral, 1992-ci ildə soyqırım və insanlığa qarşı cinayət yaşandı. Xocalı faciəsi... O dəhşətli günün buraxdığı izlər bu gün də yenidir! Bu, dünyada ən qorxulu kütləvi terror aktlarından biridir. Rəsmi rəqəmlər hər kəsə bəllidir. Dəhşətli statistikadır, elə deyilmi? Onların vəhçicəsinə öldürülməsi gördüyümüz video lentlərdən, fotolardan açıq-aşkar görünür.

Bütün bunlar Ermənistanın Cenevrə konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd şəkildə dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı olduğunu təsdiqləyir. Dünyada insanlığa qarşı cinayətlər, humanitar fəlakətlər, terrorçuluq, ekstremizm, separatçılıq dayansın, sülh daim olsun. Övladlarımız rahat, firavan bir dünyada yaşasın!”

Əməkdar artist Sevda Ələkbərzadə: “Unutmadıq, unutmayacağıq!”

Əməkdar artist Ədalət Şükürov: “Unutmadıq!”

Aparıcı Nərgiz Cəlilova: “Xocalı, ən böyük ağrımız, ən böyük acımız! Allah şəhidlərimizə rəhmət eləsin!”

Müğənni Elnarə Xəlilova: “Xocalıya ədalət!”

Məhşur kikboksçu, "Mauqli" ləqəbli Zabit Səmədov İnstaqramda hekayə bölümündə Xocalı soyqırımında haqqında məlumat verib.

Aparıcı Zaur Kamal: “29 il Xocalı Soyqırımı!”

Dünya çempionu Eduard Məmmədov: “Bu il Xocalı soyqırımı faciəsinin 29-cu ildönümüdür. Qisas alındı. Günahsız insanların qanı tökülmüşdü, yerdə qalmadı. Tək-tək alındı o intiqam... 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi.

Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil. Erməni vəhşiliyi, vandalizmi ömür boyu göz qabağında olub. Onların gücü sadəcə dinc əhaliyə çatır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Tökülən hər damla qanın intiqamı alındı. Qarabağ Azərbaycandır!”

Müğənni Nigar Camal: “Allah rəhmət eləsin!”.

Xalq artisti Tünzalə Ağayeva: “Xocalının intiqamı döyüş meydanında alındı. Şükürlər olsun! Şəhidlərimizə Allahdan rəhmət diləyirik və inşallah Xocalı şəhidlərinin abidəsi məhz Xocalıda ucalar!”

Müğənni Zamiq Hüseynov: “Xocalı soyqırımını unutma!”

Model Günay Musayeva: “Xocalı soyqırımı…Qarabağ Azərbaycandır!”

Aparıcı Xoşqədəm Hidayətqızı: “Unutmadıq! Qarabağ Azərbaycandır!”

Xalq artisti Məleykə Əsədova: “Unutmadıq! Yüz illər keçsə də erməni faşizminin törətdiyi vəhşilikləri, terrorları unudulmayacaq! Allah sizlərə rəhmət etsin, günahsız unsanlar”.