Bakıda kişini küçədə soydular

26 Fevral 2021 12:12 (UTC+04:00)

Bakının Nəsimi rayonunda soyğunçuluq olub.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini A.Əzimov fevralın 25-də Azadlıq prospektində bir nəfərin onun 2250 manat dəyərində mobil telefonunu aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini N.Kərimov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.