"Xocalıların xatirəsinə ən böyük ehtiram..." - Millət vəkili

26 Fevral 2021 14:31 (UTC+04:00)

Bu gün Ermənistan hərbçiləri tərəfindən törədilmiş Xocalı soyqırımının anım günüdür. Azərbaycanda zəif hakimiyyətin olmasından istifadə edərək Ermənistan rəhbərliyi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahsız Xocalı şəhərinin mülki şəxslərinə qarşı qətliam törətdilər.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat yüzlərlə qoca, qadın, uşağın vəhşicəsinə öldürüldüyü həmin qanlı gecənin bu gün dünyada insanlığa sığmayan bir vəhşilk və amansızlıq kimi tanındığını bildirib:

“Xalqımız bu tarixi heç zaman unutmayacaq. Günahsız öldürülən xocalıların xatirəsinə ən böyük ehtiram Vətən müharibəsi nəticəsində qazanılan Böyük Zəfər, torpaqlarımızın Ermənistan işğalından azad edilməsi oldu. Müstəqil və güclü Azərbaycan dövləti vətəndaşlarımızın təhlükəsizliyinin ən böyük qarantıdır”.