İnternatdan 300-dən çox qız oğurlandı

26 Fevral 2021 20:49 (UTC+04:00)

Bir qrup silahlı şəxs ötən gecə Nigeriyanın şimalındakı Canqebe şəhərindəki internat məktəbdən 300-dən çox məktəbli qızı qaçırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Nigeriyanın “Vanguard” qəzeti məktəbin müəllimlərinə və valideynlərinə istinadən xəbər yayıb.

Qaçırılma faktı yerli hakimiyyət orqanları tərəfindən də təsdiqlənib. Zamfara qubernatorunun nümayəndəsi bildirib ki, uşaqlar qaçırılıb. Eyni zamanda, o, qaçırılanların dəqiq sayını və hara aparıla bildiklərini açıqlamayıb.