Mahmudov həbs edildi – Bakıda

26 Fevral 2021 13:38 (UTC+04:00)

Bakının Sabunçu rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Mahmudov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın heroin və metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun Ramana qəsəbəsindəki evinin zirzəmisinə baxış zamanı oradan 1 kiloqram 100 qram heroin, elektron tərəzi və 1 ədəd müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş “İJ-K” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.