Bakıda narkotik alverçisi oğurluq etdi

26 Fevral 2021 13:57 (UTC+04:00)

Bakının Nərimanov rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş T.Həsənov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 qrama yaxın metamfetamin götürülüb.

Ətrafında aparılmış tədbirlərlə onun müxtəlif vaxtlarda 1 nəfərin cibindən, 9 nəfərin çantasından ümumilikdə 2845 manat pul, bank kartları və sənədlər oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.