Ermənistanda qiyam baş tutmadı: Sərkisyan və Qasparyan arasında müzakirə

26 Fevral 2021 15:30 (UTC+04:00)

Ermənistan Prezidenti Armen Sərkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanla görüşəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ölkədə gərginliyi azaltmaq və vəziyyətin sülh yolu ilə həlli üçün Armen Sərkisyan bir sıra müzakirələr aparacaq.

Qeyd edək ki, fevralın 25-də Baş Qərargah rəisi Onik Qasparyan başda olmaqlı düşmən ölkən ordusunun elitası Baş nazir Nikol Paşinyandan istefa verməsini tələb edib.