Xaçmazda keçmiş məhkum tutuldu

26 Fevral 2021 14:57 (UTC+04:00)

Xaçmaz rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində “Mitsubishi” markalı avtomobildən 25.000 manat və içərisində sənəd olan pulqabı oğurlanıb.

Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini T.Məmmədov saxlanılıb.

İstintaq araşdırması zamanı məlum olub ki, T.Məmmədov əvvəllər də məhkum olunub.