Rəqsanə Xocalı soyqırımı günü toya gedib? - Özü açıqladı

27 Fevral 2021 12:14 (UTC+04:00)

Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova Xocalı soyqırımı günü toy mərasiminə getməsi haqqında yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, özündən çıxan müğənni evindən görüntü paylaşaraq toy mərasiminə getmədiyini deyib:

"Xəbər portallarının birində qeyd ediblər ki, Rəqsanə İsmayılova Xocalı soyqırımı günü toy mərasiminə gedib. Allahdan qorxmaq lazımdır. Sizi Allaha həvalə edirəm. Video paylaşıram ki, hər kəs görsün ki, evimdəyəm".