Gürcüstanda daha 14 nəfər COVID-19-dan öldü

27 Fevral 2021 17:36 (UTC+04:00)

Gürcüstanda koronavirusla bağlı son durum açıqlanıb.

Teleqraf.com xəbər verir ki, ölkə son sutkada COVİD-19-a yoluxanların sayı daha 373 nəfər artaraq 270 510-a çatıb.

Eyni zamanda 14 pasiyent vəfat edib. Bununla da virusdan ölənlərin sayı 3 499-a yüksəlib.