Bakıda mənzildən kişi meyiti tapıldı

28 Fevral 2021 00:50 (UTC+04:00)

Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1967-ci il təvəllüdlü Kərimov İlham Balakişi oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.