Gürcüstanda koronadan ölənlərin sayı artdı

28 Fevral 2021 10:58 (UTC+04:00)

Gürcüstanda son sutkada daha 248 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 525 nəfər sağalaraq evə buraxılıb, 11 pasiyent vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 270 758 nəfər yoluxub. Onların 265 114-ü sağalıb, 3 510-u isə ölüb.

Karantin rejimində 323, stasionar nəzarətdə isə 1 472 nəfər saxlanılır.