Zərdabda cinayət törədən qadın həbs edildi

28 Fevral 2021 16:06 (UTC+04:00)

Zərdab rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 6000 manat, 9600 ABŞ dolları və 100000 rubl oğurlanıb.

Zərdab rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yarməmmədbağı kənd sakini N.Mustafayeva saxlanılıb.