"Meyvəli" Ticarət Mərkəzində yanğın söndürüldü

28 Fevral 2021 23:28 (UTC+04:00)

Bakının Qaradağ rayonu ərazisində "Meyvəli" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hadisə ticarət mərkəzindəki köşklərdən birində baş verib.

Əraziyə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib. Yanğının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.