Rusiyada dəhşətli qətl - Bir ailə qətl edildi

28 Fevral 2021 23:43 (UTC+04:00)

Rusiyada dəhşətli qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Nijeqorod vilayətinin Kudma kəndində bir ailənin üzvləri - kişi, iki qadın və azyaşlı uşaq işgəncə ilə öldürülüb.

Hadisə ilə bağlı cinayət işi açılıb, polis tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır.