Baş nazir və ailəsi ölümlə təhdid edildi

1 Mart 2021 00:57 (UTC+04:00)

Çexiya Baş naziri Andrey Babiş özünün və ailə üzvlərinin ölümlə təhdid edildiyini deyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “CNN Prima News” məlumat yayıb.

Baş nazir bildirib ki, ölkə polisi 8 yanvar tarixində onun ailəsini öldürmək istəyən şəxsin olması barədə məlumat verib. Qeyd olunub ki, adı açıqlanmayan şəxs hazırda İspaniyadadır.

Bundan sonra hökumət başçısının evinin təhlükəsizliyi gücləndirilib.

Ölkənin hüquq-mühafizə orqanları tvitterdə faktla bağlı cinayət işinin açıldığını qeyd edib.

Qeyd olunub ki, kriminalistlər həmin şəxsin tutulması ilə bağlı prokurorluğa müraciət ediblər.