Qubadlıda polis postları quruldu – Foto

1 Mart 2021 11:45 (UTC+04:00)

Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qubadlı rayonuə razisində rayon polis şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir.

Rayon ərazisində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.