Lukaşenko oğlunu vəzifəsindən azad etdi

1 Mart 2021 20:54 (UTC+04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko böyük oğlu Viktor Lukaşenkonu özünün milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsindən azad edib.

Teleqraf.com xəbər verir ki, bu barədə bu gün Belarus dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

V. Lukaşenko Belarus Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi üçün yuxarıda qeyd olunan vəzifədən azad edilib.

Qeyd edək ki, V. Lukaşenko 26 fevralda Belarus Milli Olimpiya Komitəsinin prezidenti seçilib.