Bakı sakinin qulağını kəsdilər – Təfərrüat

2 Mart 2021 11:54 (UTC+04:00)

Bakının Xətai rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Quliyev martın 1-də Babək prospektində 2 nəfərin onun qulaq nahiyəsinə bıçaqla xəsarət yetirib mobil telefonunu aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri V.Qafarov və əvvəllər məhkum olunmuş İ.Sadiqov saxlanılıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.