Ukrayna kanalında Xocalı soyqırımına dair - Reportaj

2 Mart 2021 15:25 (UTC+04:00)

Ukraynanın “5 kanal” telekanalında Azərbaycan Xocalı soyqırımı ilə bağlı xüsusi reportaj yayımlanıb.

Teleqraf.com xəbər verir ki, reportajda 1992-ci ildə Xocalı şəhərinin blokadaya alındığı və sonra oraya hücumun edildiyi bildirilib. Ukraynalı jurnalist faciə zamanı ermənilərin insanlıq və bəşəriyyət əleyhinə törətdikləri müharibə cinayətləri barədə Xocalı soyqırımı şahidlərinin fikirlərini öyrənib. Reportajda bildirilir ki, Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib.

Ukraynalı jurnalist vurğulayır ki, Azərbaycan 44 günlük müharibədən sonra torpaqlarını işğaldan azad edib. Reportajda Ağdam şəhərindən, ermənilərin şəhəri necə viran qoyması ilə bağlı görüntülər də yer alıb.