Dünyada ötən sutka 348 mindən çox yoluxma qeydə alındı

4 Mart 2021 00:39 (UTC+04:00)

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 348 mindən çox artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 348 281 nəfər yeni koronavirusa yoluxub, 7 807 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 114 428 211, ölənlərin isə 2 543 755 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.