Xudafərin gömrük postu açıla bilər - Səfər Mehdiyev

4 Mart 2021 12:41 (UTC+04:00)

İşğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində, eyni zamanda tranzit hərəkətlər istiqamətində işlər davam edir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib:

"Hazırda Naxçıvan, eyni zamanda Ermənistanla sərhəd-keçid məntəqələri istiqamətində layihələr hazırlanır. Bu koridor region üçün ən qənaətli koridorlardan biridir. Hazırda danışıqlar aparılır. Bu sahənin istiqaməti müəyyən olunduqdan sonra yeni postlar açılacaq.

İranla postun açılması ilə bağlı fikirlər söylənildi. Komissiyanın və hökümətin verdiyi qərarlardan sonra İranla da postun açılması ehtimalı var. Bu, Xudafərin keçid-qapısı ola bilər. Konkret vaxt demək hazırda mümkün deyil".