Gömrük Komitəsinin binası bu fond hesabına tikiləcək

4 Mart 2021 12:43 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin binası büdcədənkənar fond hesabına maliyyələşdiriləcək. Fondun təməli Ulu öndər tərəfindən qoyulub.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib:

"Son dövrlər həyata keçirilən layihələrin əksəriyyəti büdcədənkənar fond hesabına başa gəlib. Xərclər isə heç zaman gizlədilmir. Fondda 8-10 milyon manata kimi ümumi xərclər olur. Bu xərclər satınalma və tikinti normaları hesabına Maliyyə Nazirliyinin icazəsi ilə həyata keçirilir".