“İqtisadi artımın 2-3 faiz arası dəyişmə ehtimalı daha çoxdur” - Ruslan Atakişiyev

4 Mart 2021 17:18 (UTC+04:00)

“Bu il Azərbaycanda iqtisadi artımın 2-3 faiz arası dəyişmə ehtimalı daha böyükdür”.

Bunu Teleqraf.com-a İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev "Moody's Investors Service" şirkətinin cari ildə Azərbaycan iqtisadiyyatının təxminən 4 faiz artacağına dair proqnozuna münasibət bildirərəkən deyib.

Müxtəlif təşkilatların proqnozlarının fərqli olmasına gəlincə, iqtisadçı bunun metodoloji yanaşmadan qaynaqlandığını bildirib: “Bir səbəb odur ki, onlar tədqiqat zamanı həm islahatları, həm də ölkənin nə qədər resursunun olmasını nəzərə alırlar. Ona görə metodoloji yaxınlaşmalar fərqli ola bilir. Bu da nəticələrə fərqli təsir göstərir. Ümumilikdə götürdükdə iqtisadi artımın 2-3 faiz arası dəyişmə ehtimalı daha böyükdür”.