Binəqədidə məcburi köçkün yataqxanası yandı

5 Mart 2021 10:14 (UTC+04:00)

Bakı şəhərinin Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxanada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, binanın damında taxta konstruksiyalardan ibarət artırma tikililər 50 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.