8 Martda regionlarda da ictimai nəqliyyat işləməyəcək - DANX

5 Mart 2021 12:06 (UTC+04:00)

"Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə əsasən 6 mart saat 00:00-dan 9 mart saat 06:00-a qədər ölkədə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Teleqraf.com-un məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

"8 Mart - Beynəlxalq qadınlar günü qeyri-iş günü olduğundan ictimai nəqliyyat bütün ölkə üzrə ardıcıl olaraq üç gün işləməyəcək", - deyə o, qeyd edib.