Sabirabadda əməliyyat: Həbs olunanlar var

5 Mart 2021 12:48 (UTC+04:00)

Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən martın 4-də Minbaşı kəndi ərazisində qanunsuz ov etdiklərinə görə Şirvan şəhər sakinləri A.Bədirov və R.Şirəliyev saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, onlardan müvafiq sənədləri olmayan “Tula” və “İJ-58” markalı ov tüfəngləri götürülüb.