Sədr müavinləri İdarə Heyətinin iclasında seçiləcək - İH üzvü

5 Mart 2021 15:32 (UTC+04:00)

“Yeni Azərbaycan Partiyası sədrinin müavinlərinin seçilməsi məsələsinə bu gün keçirilən qurultayda formalaşan yeni İdarə Heyətinin iclasında baxılacaq”.

Bu barədə partiyanın İdarə Heyətinin üzvü Azər Badamov məlumat verib.

O bildirib ki, yaxın günlərdə İdarə Heyətinin yeni tərkibdə iclası keçiriləcək:

“İclasda partiya sədrinin müavinlərinin seçilməsi və təşkilati məsələlərə baxılacaq”.

Qeyd edək ki, bu gün keçirilən VII qurultayda əvvəllər 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə qaldırılıb./Report/