İrəvanda qorxunc gəlişmə: General hərəkətə keçdi – Şok plan

5 Mart 2021 19:29 (UTC+04:00)

Ermənistan Baş naziri Nikol Paşinyan ya yeni bir namizəd təqdim edəcək, ya da baş qərargah rəisi postunu Onik Qasparyanın müavini tutacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanda iqtidarda olan “Mənim addımım” blokunun deputatı, parlamentin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Andranik Köçəryan deyib.

“Konstitusiyaya görə, ölkə prezidenti Konstitusiya Məhkəməsinə müraciət etmək üçün vəsatət göndərməyib. Bu o deməkdir ki, girişdən üç gün sonra Onik Qasparyan qanunun qüvvəsi ilə vəzifəsindən azad edildiyi düşünülməlidir. Hesab edirəm ki, baş nazir tezliklə prezidentə ya yeni bir namizəd təqdim edəcək, ya da Müdafiə Nazirliyinin rəhbərliyi ilə məsləhətləşmələr aparacaq və bu vəzifə baş qərargah rəisinin müavininə həvalə ediləcək”, - Köçəryan bildirib.

Köçəryan Onik Qasparyanın martın 3-də “Sasna Çrer” radikal qrupunun üzvü Varujan Avetisyanla görüşməsinə qəzəbləndiyini bildirb.

“Bu, qorxunc hadisədir. Avetisyan ekspert köməyi üçün görüşdüyünü söyləyib. Bağışlayın, “Sasna Çrer” baş qərargah rəisinə hansı növ ekspert yardımı göstərə bilər? Nə danışırsınız?”.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də siyasi rəhbərliyin dövləti təhlükəli yola gətirdiyini söyləyərək, Baş nazir Nikol Paşinyanın istefasını tələb edib, bundan sonra ölkədəki siyasi böhran daha da pisləşib. Buna cavab olaraq baş nazir çevriliş cəhdi elan edib və general Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsi barədə qərarı imzalayıb. Ancaq Prezident Armen Sərkisyan bu sənədi imzalamayıb. Hökumət başçısı sənədi yenidən prezidentə göndərib, lakin bu dəfə də rədd cavabı alııb.

Onik Qasparyan martın 8-dək vəzifəsini davam etdirəcəyi bildirilib.