Avropa qaz ehtiyatını artırır

7 Mart 2021 01:28 (UTC+04:00)

Avropa İttifaqı ölkələrində Rusiya qazının alışında kəskin artım müşahidə olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə Macarıstanın iqtisadi onlayn nəşrləri məlumat yayıblar. Bunun şiddətli şaxtalar və qarla əlaqədar olub-olmaması barədə hələ ki, heç nə deyilmir.

Xüsusilə Fransa - 26,7 faiz, Yunanıstan - 27,3 faiz, Almaniya - 32,9 faiz, Polşa – 36 faiz, Serbiya - 52,2 faiz, Türkiyə - 52,9 faiz, Rumıniya - 54,5 faiz, Bolqarıstan - 56,5 faiz, İtaliya – 64 faiz qaz alışını artırıb. Macarıstan isə qaz tədarükünü demək olar ki, iki dəfəyə qaldırıb (keçən ilin göstəricilərinə nisbətən 85 faiz artıb).