FHN qarlı havada yolda köməksiz qalan iki nəfəri xilas etdi - Video/Yeni

7 Mart 2021 14:17 (UTC+04:00)

Martın 7-də gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində 2 nəfərin "ВАЗ" markalı minik avtomobilində qarlı-şaxtalı hava şəraitində yolda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Teleqraf.com Fövəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən görülmüş operativ tədbirlər nəticəsində avtonəqliyyat vasitəsi təhlükəsiz əraziyə çıxarılaraq hərəkəti təmin olunub.

***

09:18

Xızı rayonunun Qızılqazma kəndində “VAZ” markalı minik avtomobilinin qarlı yolda qalması səbəbi ilə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə kömək üçün müraciət daxil olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərə köməklik göstərilib.