Bakıda 5 evdən oğurluq edən keçmiş məhkum tutuldu

7 Mart 2021 10:50 (UTC+04:00)

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, martın 2-də və 3-də rayon ərazisindəki 5 evin girişlərində quraşdırılmış su sayğacları oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Fətullayev saxlanılıb.

İstintaq araşdırması zamanı E.Fətullayevin əvvəllər məhkum olunduğu üzə çıxıb.

Faktla bağlı cinayət işi başlanıb.