Azərbaycanda peyvənd edilənlərin sayı açıqlandı

7 Mart 2021 11:21 (UTC+04:00)

Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 17 495 nəfər vaksinasiya olunub.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 407 979 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.